Respublika Fənn Olimpiada qalibimiz Heydərova NuranəMəktəbimizin 9-cu sinif şagirdi Heydərova Nuranə Azərbaycan dili fənnindən I yerə çıxmışdır. Şagirdimizi, onun valideynlərini və müəllimlərini bu uğur münasibətilə təbrik edirik.
Respublika fənn müsabiqəsi qalibi Nurəhmədov TəbrizNoyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak edib. Mükafatlandırılanlar arsında məktəbimizin 7"B" sinif şagirdi Təbriz Nurəhmədov və onun riyaziyyat müəllimi Mehbarə Mustafayeva da olmuşdur.
2 "B"SİNİF ŞAGİRDİ QULİYEV NİZAMIN UĞURUMəktəbin 2”B” sinif şagirdi Quliyev Nizam Suraxanı Rayon Gənclər və İdman İdarəsi “ŞİNDİ” Kikboksinq kulubunun Açıq birinciliyində “20”kq, çəki dərəcəsində 2011-2012-ci il yaş qrupunda I yerə layiq görüldüyü üçün diplomla təltif olunub.Bu münasibətlə şagirdimizi təbrik edir,ona dərslərində və idman sahəsində müvəffəqiyyətlər diləyirik.