Rəcəbəliyev Tamerlanın uğuruMəktəbimizin 2"D" sinif şagirdi Rəcəbəliyev Tamerlan Cüdo güləşi üzrə Çempiyon İdman Klubunun açıq birinciliyində 23 kq, çəki dərəcəsində III yer tutduğuna görə diplomla təltif edilib.
Şagirdimizin uğuru6 yanvar 2019-cu il tarixdə məktəbimizin 2 "D" sinif şagirdi Rəhimov Əli Türkiyənin İstanbul Şəhərində Beynəlxalq OYAMA KYOKUSHIN Karate üzrə keçirilən yarışda iştirak etmişdir. 8 ölkə arasında 7 yaş 23 kilo çəki dərəcəsində mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib I yer əldə edərək qızıl medala layiq görülmüşdür. Vətənə qızıl medalla dönən şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.
III Məntiq Olimpiadası qalibi Nurəhmədov TəbrizDekabrın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Qaliblər arasında məktəbimizin 7-ci sinif şagirdi Təbriz Nurəhmədov riyaziyyat fənnindən 2 yerə laiq görüldüyü üçün diplom və medalla təltif olundu.Təbriz, onun müəllim və valideynlərini bir daha təbrik edirik.