Məmmədova Aydanın uğuru5 "Ə" sinif şagirdi Məmmədova Aydan Bəşir qızı 15-16 dekabr 2018-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Beynəlxalq Avropa yarışında 13 ölkədən qatılan 250 iştirakçı içərisində 2-ci yerə layiq görülmüşdür.
ŞAGİRDLƏRİMİZİN UĞURU23 yanvar 2019 - cu il tarixdə 20 Yanvar-faciəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş 2008 – 2009 - cu il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin boks üzrə açıq birinciliyində 5 "E" sinif şagirdi Doroşenko Timur 35,5 kq,çəki dərəcəsində III yer və 3 "Ə" sinif şagirdi Doroşenko Yulya I yer tutduqlarına görə diplomla təltif olunmuşlar. Bu münasibətlə şagirdlərimizi onların müəllim və valideyinlərini səmimi qəlbdən təbrik edirik.
Şagirdimizin uğuru23 yanvar 2019-cu il tarixdə məktəbimizin 5 "E" sinif şagirdi İsmayılov Elvin 20 Yanvar-faciəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş 2006-2008-ci təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin boks üzrə açıq birinciliyində 40 kq,çəki dərəcəsində I yer tutduğuna görə diplomla təltif edilib.