“İnternet Təhlükəsizliyi” təlimi keçirildi

Sentyabrın 26-da məktəbdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması mövzusunda regionlarda tədbirlərin təşkili” adlı layihəsininin təqdimatı oldu. Layihənin əsas məqsədi 12-16 yaş aralığında olan yetkinlik yaşına çatmayanlar və onların valideynləri üçün maarifləndrici tədbirlər təşkil etməkdir.

 Təlimdə şagirdlərə internetin həm faydalı həm də zərərli təsirlərindən danışılıb, valideynlərə övladlarının düzgün istiqamətləndirilməsi izah olunub, internetin zərərlərindən qorunmaq yolları müzakirə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi