Yuxarı sinif şagirdləri ilə görüş keçirildi

Sentyabrın 25-də məktəbin illik Fəaliyyət Planının 1.3.5-ci bəndinə uyğun olaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, sanitar-gigiyena rejiminin gözlənilməsi məqsədilə məktəbin 10-11-ci sinif şagirdləri ilə məktəb direktorunun görüşü keçirildi.

Görüşdə, həmçinin şagirdlərin davamiyyəti, nizam-intizam qaydaları və yuxarı sinif şagirdləri arasından növbətçi şagirdlərin seçilib təyin edilməsi məslələri də müzakirə olundu. Görüş zamanı bu ildən məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin iştirakçıları da bir daha şagirdlərlə yaxından tanış olaraq bildirdilər ki, “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. Bununla yanaşı, “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi