“Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilib

    Məktəbimizdə “Kiçik Akademiya”nın üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəb daxili seçim mərhələsi keçirildi. Müsabiqədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, "Kiçik Akademiya" nın prezidenti Alidə Şükürova və kafedra müdirləri iştirak edirdi. Müsabiqənin məktəb daxili seçim mərhələsində VIII-X sinif şagirdləri təqdim olunan mövzular üzrə araşdırmalarını təqdim etdilər. Müsabiqədə X "b" sinif şagirdi Günay Həsənova “Plastik qablaşdırma tullantılarının orqanizmə mənfi təsiri və ”X "a" sinif şagirdi Əli Həsənov “Alternativ və bərpa olunan enerjinin istifadəsi" mövzusunda hazırladığı tədqiqat işlərinə görə seçilərək müsabiqənin ikinci mərhələsinə keçdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi