Şagirdlərimizin uğurları

Məktəbimizin IX "c" sinif şagirdi Ağəli Eminov Boks idman növü üzrə 2004-2005-ci il yeniyetmələr arasında Şuşa UGİM-nin açıq birinciliyində iştirak etmişdir. I yer tutduğuna görə qızıl medal və Diplomla mükafatlandırılıb. IX "c" sinif şagirdi Elvin Mənsimov cüdo idman növü üzrə +90 kiloqram çəki dərəcəsində Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində keçirilən yarışda II yerə çıxmışdır. Gümüş medal və Diplomla təltif olunub.
Şagirdlərimizi məktəbin direktoru Yasin Quliyev təbrik edərək uğurlar dilədi.