"Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib

Məktəbdə V-XI sinif şagirdləri üçün "Mənimlə danış” kampaniyası çərçivəsində "Bullinq” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda məktəbin psixoloqu Turanə İmaməliyeva, uşaq birliyi rəhbəri Cavid Quliyev və V-XI sinif şagirdləri iştirak edirdilər.
Seminarda uşaqların bullinq anlayışı və onun formaları barədə, sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparıldı, slayd nümayiş olundu. Məktəb şagirdləri ilə praktik olaraq oyunlar təşkil olundu.
Sonda şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış” kampaniyasının videoçarxı nümayiş olundu.