Pedaqoji Şuranın iclası keçirilib

    Noyabr ayının 19-da Pedaqoji Şuranın  iclası keçirildi. İclasda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə  Cəfərova, Elnurə İsmayılova, məktəbin psixoloqu Turanə İmaməliyeva, uşaq birliyi rəhbəri Cavid Quliyev və  müəllim kollektivi  iştirak edirdilər.

    Məktəbin direktoru Yasin Quliyev çıxış edərək təhsilin keyfiyyəti, məktəbdə görülən işlər, dərsə davamiyyət, məktəb və daxili nizam-intizam qaydaları,  məktəbdaxili qiymətləndirmə, nəticəsi zəif hesab olunan, xüsusilə IX sinifdə oxuyan şagirdlər üçün əlavə məşğələlərin təşkil olunması haqqında ətraflı məlumat verdi.

    Sonra məktəbin ingilis dili müəllimi, " Kiçik Akademiya" nın prezidenti Alidə Şükürova çıxış edərək " Kiçik Akademiya" nın fəaliyyəti haqqında məlumat verdi və kafedraya müəllimlər seçdi. Sonda müəllimləri maraqlandıran suallara cavab verildi. Bir sıra məsələlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi