IX sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbdə 14.11.2019-cu il tarixdə IX sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Yasin Quliyev, məktəbin psixoloqu Turanə İmaməliyeva, müəllimlər və IX sinif şagirdlərinin valideynləri iştirak edirdilər.
Görüşdə əsas məqsəd, Təhsil Nazirliyinin təşkil etdiyi IX siniflərdə imtahan, diaqnostik qiymətləndirmə funksiyasını daşıdığı üçün növbəti addım səviyyələrə uyğun olaraq şagirdlərin qruplaşdırılması, nəticəsi zəif hesab olunan şagirdlər üçün əlavə məşğələlərin təşkil olunması, Azərbaycan dili, Riyaziyyat və Xarici dil (ingilis dili) fənləri üzrə təlim nəticələrinin artırılması, təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi barədə valideynləri məlumatlandırmaq idi.
Sonda valideynləri narahat edən məsələlər ətrafında müzakirələr aparıldı.