X, XI sinif şagirdləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

Məktəbimizdə X, XI siniflərdə oxuyan qızlar ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, uşaq birliyi rəhbəri Cavid Quliyev və X, XI sinif qızları iştirak edirdilər.
Görüşdə məqsəd qızların təhsilinin necə önəmli olmasının , milli-mənəvi dəyərlərimizin qorunmasının, adət-ənənələrimizin saxlanılaraq yeni nəslə ötürülməsinin vacibliyini, yeniyetmə qızların təhsildən yayındırılaraq erkən nigaha məcbur edilməsi mövzusunda maarifləndirici söhbətlər aparıldı.
Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.