Şəhidlər Xiyabanında şəhidlərin ruhu yad edildi.

Aprelin 9-da məktəbimizin şagird və müəllimləri Şəhidlər Xiyabanına gedərək toplantı keçirdilər.İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tarix müəllimi Solmaz Quliyeva son günlər cəbhədə ordumuzun əldə etdiyi qələbələrdən bəhs edərək əmin olduğunu bildirdi ki,tezliklə Prezidentimiz,Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyonlü siyasət nəticəsində torpaqlarımızın qalan əraziləri də düşmən tapdağından azad ediləcək,qaçqın və köçkünlər öz isti ocaqlarına dönəcəklər.Üçrəngli bayrağımız Şuşada,Xankəndində dalğalanacaq. Şagirdlər şəhidlərimiz və ordumuzun şəninə şüarlar səsləndirdilər,əsgər mahnıları ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi