9 Noyabr Dövlət Bayrağı Günüdür

Məktəbimizdə 08.11.2019-cu il tarixində “9 Noyabr - Dövlət Bayraq günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Yasin Quliyev , təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə Cəfərova , Elnurə İsmayılova, məktəbin psixoloqu Turanə İmaməliyeva, Sabunçu rayonu M.K.S-nin 12 saylı kitabxana filialının müdiri Vəsilə Məmmədova, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra ibtidai sinif şagirdləri " Himn " adlı şeirlərini söylədilər. Şagirdlərimiz “ Bayraq günü” münasibəti ilə vətənpərvərlik mövzusunda şeirlər söyləyib, səhnəciklər təqdim edib, rəqs , mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək Dövlət Bayrağı günü haqqında məlumat verdi və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.