FHN-nin Bakı Regional Mərkəzi Nazirliyinin"Fövqəladə hallarda özünü necə aparmalı"mövzusunda maarifləndirmə təlimi

Aprel ayının 7-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birlikdə məktəbimizdə “Fövqəladə hallarda özünü necə aparmalı”mövzusunda maarifləndirmə tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahirə Qocayeva müharibə şəraitində olan bir dövlət üçün əhalinin təlimatlandırılmasının vacibliyini qeyd etdi.FHN-nin əməkdaşlarına belə bir təlimin məktəbimizdə keçirmələrinə görə minnətdarlığını bildirdi. Müxtəlif təbii və texnogen hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət nəzəri hissə çərçivəsində Bakı Regional mərkəzin əməkdaşları şagirdlər ilə birlikdə “ Fövqəladə halların təsnifatı”,””Kollektiv mühafizə qurğuları”,”Təbii fövqəladə hallar zamanı nə etməli”,Radiasiya,kimya və bioloji xarakterli hallar zamanı nə etməli”,”Yanğın,nəqliyyat qəzaları zamanı nə etməli”,”Terror xarakterli hallar zamanı nə etməli”,”Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları”,”Yanğın təhlükəsizliyi”mövzusunda çıxış etdilər.Tədbir iştirakçılarına FHN-nin fəaliyyət istiqamətləri və struktur qurumları fövqəladə hallar zamanı davranış qaydaları mövzusunda videoçarx nümayiş etdirdilər.Daha sonra yanğın hadisəsində axtarış,xilasetmə tədbirlərinin əyani şəkildə nümayiş etdirilməsi məqsədilə məktəbdə “Şərti yanğın”vəziyyəti yaradıldı.Şagirdlərə yanğının qarşısının alınması,təxiyyə,eləcə də zərərçəkənlərə ilkin yardım göstərilməsi prosesi əyani şəkildə təqdim edildi.Maarifləndirmə tədbirinin sonunda FHN-nin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş edildi.Nazirlik əməkdaşları tədbir iştirakçılarına xüsisi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə vasitələri haqqında məlumat verdi.Eyni zamanda şagirdlər yanğınsöndürmə texnika və vasitələrinin təyinatı,ondan istifadə qaydaları,fərdi mühafizə vasitələri,radiasiya,kimyəvi kəşfiyyat,pozimetrik nəzarət cihazları vasitələri,eləcə də yaralılara ilkin tibbi yardımın həyata keçirilməsi yolları,sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə ətraflı informasiya verdilər. Tədbir başa çatdıqdan sonra FHN-nin əməkdaşları tədbirin keçirilməsində onlara dəstək olaraq köməyini əsirgəməyən Tədris hissə müdiri Zərifə Cəfərovaya öz xüsusi təşəkkürlərini bildirdilər.