"Uşaq hüquqları " adlı dəyirmi masa keçirilib

02.11.2019-cu il tarixində məktəbimizdə "Uşaq hüquqları " adlı dəyirmi masa keçirildi. Tədbirin açılışını məktəbimizin tarix-coğrafiya metodbirləşmə sədri coğrafiya müəllimi Susanna Abduləzimova etdi.
6,7,8,10-cu sinif şagirdləri topladıqları məlumat, şer və rəsmləri təqdim etdilər. Şagirdlər müxtəlif məzmunlu plakatlar və rəsmlərlə öz hüquqları haqda danışdılar.10 a sinif şagirdi Babayeva Salatın Türk Dünyasının uşaqlara nə qədər qayğıkeş olduğunu xüsusi vurğuladı, şagird və müəllimlərdən nə istədiklərini soruşdu. İstəklər müxtəlif oldu. Fikrin sonunda Babayeva Salatın yuxarı sinif şagirdi olaraq şəxsi düşüncəsini söylədi: "Biz uşaqlar öz hüquqlarımızı tələb etsək də, böyüklərin fikirləri ilə məsləhətləşməli və onlardan bəhrələnməliyik" .Tədbirin sonunda 7 ç sinif şagirdləri "Uşaqlar ağlamasın" və "Xoşbəxt olun uşaqlar" mahnıları ilə çıxış etdilər.