"Ordum varsa yurdum var"

Sabunçu rayonu Əvəz Paşayev adına Mədəniyyət evində 71 № li, 75 №li tam orta məktəbin şagird və müəllim kollektivinin, 12 № li kitabxananın filialının kollektivinin iştirakı ilə vətənpərvərlik ruhunda "Ordum varsa,yurdum var" mövzusunda geniş tədbir keçirilmişdir. Tədbirdə Bələdiyyə və icra hakimiyyəti nümayəndələri də iştirak edirdi. İlk öncə ordumuzun cəbhədə şəhid olan qəhrəman oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədi mahnılar ifa etdilər. 71 №li məktəbin VII a sinif şagirdləri Süleymanlı Nəzrin, İmanquluzadə Mənsurə, Qədimova Nərmin, Hökmaliyev Elvin, Quluzadə Qənirə, Məmmədli Roza, Süleymanlı Sabir vətənimizi tərənnüm edən şeirlər söylədilər.