Metodiki Şuranın iclası keçirilib

     29.10.2019-cu il tarixdə məktəbimizdə metodiki şuranın iclası keçirildi. İclasda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə  Cəfərova, fənlər üzrə metodbirləşmə sədrləri iştirak edirdilər.

Məktəbin direktoru Yasin Quliyev çıxış edərək  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Respublika Fənn olimpiadalarının keçirilməsindən danışdı, müvafiq tövsiyyə və tapşırıqlarını verdi.

 Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə müvafiq elm sahələrinə marağı artırmaq, xüsusi akademik istedadı, məntiqi və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirməkdən ibarətdir. Fənn olimpiadaları IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edir. Sonda məktəbin direktoru Yasin Quliyev metodbirləşmə rəhbərlərini maraqlandıran suallara cavab verdi. Bir sıra məsələlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi