V siniflərdə diaqnostik imtahan keçirilib

     Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabr ayının 26-da şagirdlərin təlim nəticələrinin təhlilinə  əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), Riyaziyyat və Xarici dil (ingilis dili) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirmənin  formalaşdırılması məqsədilə Azərbaycan dili, Riyaziyyat və Xarici dil (ingilis dili) fənləri üzrə diaqnostik imtahanın təşkili planlaşdırılmışdır.

    Bu plana əsasən, məktəbimizdə diaqnostik imtahanın keçirilməsi tələblərinin yerinə yetirilməsi üçün məktəbdaxili komissiya təşkil edildi və komissiya imtahan nəzarətçilərini təyin etdi. 26.10.2019-cu il tarixində V siniflərdə Azərbaycan dili , Riyaziyyat və Xarici dil (ingilis dili) fənləri üzrə diaqnostik imtahan keçirildi. İmtahan saat 10:00-da başladı, 13.30-da bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi