Sabunçu rayonu Polis İdarəsinin təşəbbüsü ilə “Narkomaniya - Bəşəriyyətin bəlası” mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəbimizdə 24.10.2019-cu il tarixində Sabunçu rayonu Polis İdarəsinin təşəbbüsü ilə “Narkomaniya - Bəşəriyyətin bəlası” mövzusunda maarifləndirici tədbir keçirdi. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, məktəb psixoloqu Turanə İmaməliyeva, uşaq birliyi rəhbəri Cavid Quliyev, Sabunçu R.P.İ-nin Yetkinlik Yaşına çatmayanlar üzrə şöbə rəisi Əli Babayev, inspektorlar Mahir Ağayev, Daşqın Rəhimov, məktəbin IX, X, XI sinif şagirdləri və sinif rəhbərləri iştirak edirdilər.
Sabunçu rayonu Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlar üzrə şöbə rəisi Əli Babayev çıxış edərək cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olduğunu söylədi. Narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən söz açdı, yeniyetmələri, gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırdı. Videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran sualları cavablandırdı.
Sonda məktəbin direktoru Yasin Quliyev zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, yeniyetmələri sağlam həyat tərzi keçirməyə, faydalı bilik və bacarıqlar öyrənməyə çağırdı. Gələn qonaqlara öz təşəkkürünü bildirdi.