Vətənpərvərlik ruhunda "Açıq dərs"

Məktəbimizdə tez-tez müxtəlif mövzularda "Açıq dərs"lər keçirilir.Növbəti dərs əsgərlərimizin cəbhədə uğurlu əməliyyatına həsr olunmuş vətənpərvərlik mövzusunda təşkil edilmişdi..Dərs 6 a sinfində müsiqi müəllimi Məryəm müəllimənin rəhbərliyi ilə hazırlanmışdı..Şagirdlər Azərbaycana həsr edilmiş mahnılar ifa etdilər , musiqi alətlərində gözəl musiqilər səsləndirdilər,milli rəqslər etdilər.Sonda məktəbin direktoru Mahirə Qocayeva çıxış edərək müəllim və şagirdlərə öz təşəkkürün bildirdi və Məryəm müəlliməyə "Fəxri Fərman" təqdim etdi.Məktəbin təşkilati İşlər üzrə direktor müavini Şəmsiyyə Azəri,Tədris hissə müdiri Elçin Hüseynov və Tədris hissə müdiri Zərifə Cəfərova ordumuzun cəbhədə əldə etdiyi qələbədən söz açaraq tezliklə torpaqlarımızın azad olacağına əmin olduğunu bildirdilər.Vətənpərvərlik ruhunda təşkil edilmiş bu"Açıq dərs"in şagird və müəllimlərdə ruh yüksəkliyi yaratdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi