18 oktyabr "Azərbaycan Dövlət Müstəqillik Günü"dür

Məktəbimizdə 18 oktyabr "Azərbaycan Dövlət Müstəqillik Günü" münasibəti ilə IV a sinifində tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Yasin Quliyev , ibtidai siniflərin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova, sinif rəhbəri Rəna Salahova və IV a sinif şagirdləri iştirak edirdi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Azərbaycan Dövlət Müstəqillik Günü ilə əlaqədar məlumat verildi. Şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında şerlər söylədilər. Sonda məktəbin direktoru Yasin Quliyev şagirdləri Müstəqillik günü münasibətilə təbrik etdi, onlara təhsillərində müvəffəqiyyət arzuladı.