18 oktyabr "Azərbaycan Dövlət Müstəqillik Günü" münasibətilə XI sinif şagirdlərinin məktəb rəhbərliyi ilə görüşü keçirilib

18.10.2019-ci il tarixdə "Azərbaycan Dövlət Müstəqillik Günü" münasibətilə XI sinif şagirdlərinin məktəb rəhbərliyi ilə görüşü keçirildi. Görüşdə məktəbin direktoru Yasin Quliyev , təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, XI sinif rəhbərləri və XI sinif şagirdləri iştirak edirdilər.
Məktəbin direktoru Yasin Quliyev çıxış edərək "Azərbaycan Dövlət Müstəqillik Günü" münasibəti ilə müəllimləri və şagirdləri təbrik etdi. Azərbaycanın müstəqillik əldə etdikdən sonra xalqın böyük inkişaf dövründən, maariflənməsindən, Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin yüksək sürətlə inkişaf etməsindən bəhs etdi. Müstəqilliyimizin qorunub saxlanması üçün gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmması,onların elmli, savadlı olmaları prioritet məsələlərdən biridir.