XI sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

14.10.2019-cu il tarixində XI sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbərləri və XI sinif şagirdlərinin valideynləri iştirak edirdilər.
Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq, şagirdlərə təhsildə uğurlar arzuladı. Sonra buraxılış imtahanlarında olan yeniliklər barədə ətraflı məlumat verdi. Məktəbdə görülən işlər, dərsə davamiyyət, məktəbdaxili qiymətləndirmənin keçirilməsindən söz açdı.
Valideynləri maraqlandıran suallara cavab verdi. Bir sıra məsələlər müzakirə olundu.