DİREKTORYANI MÜŞAVİRƏ KEÇİRİLİB

Sabunçu rayonu, Elxan Misirxanov adına 71 №-li tam orta məktəbdə direktoryanı müşavirə keçirildi. Müşavirədə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova , ibtidai siniflər üzrə təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova və müəllim kollektivi iştirak edirdi. Müşavirədə məktəbin direktoru Yasin Quliyev çıxış edərək, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovanı D İ M-də əldə etdiyi Elmi nailiyyətlərə görə təbrik etdi və Fəxri Fərmanla mükafatlandırdı.
Sonra məktəbin direktoru Yasin Quliyev təhsilin keyfiyyəti,gündəliklər, sinif jurnalları, summativ qiymətləndirmənin təşkili, şagirdlərin dərsə davamiyyəti və digər mövzular haqqında müzakirə etdi. Sonda məktəbin direktoru Yasin Quliyev müəllim kollektivinə müəyyən tapşırıqlar verdi.