MƏKTƏBİMİZDƏ 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ ANILIB

Bu gün məktəbimizdə 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Himni şagird və müəllimlər tərəfindən ifa olundu. Sonra tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə məktəbimizin direktoru Mahirə Qocayeva, təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri, tarix müəllimi Solmaz Quliyeva öz çıxışlarında erməni daşnaklarının azərbaycanlılara qarşı məkrli siyasətlərindən, onların insanlığa sığmayan vəhşiliklərindən bəhs etdilər.Şagirdlər 31 mart soyqırımına həsr etdikləri kompozisiyanı təqdim etdilər. Sonda Quba məzarlığı və Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış Memorial Kompleksi əks etdirən slaydlar nümayiş olundu. Həmin hadisələr haqqında sənədli film də göstərildi.