III, IV sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

21.09.2019-cu il tarixində III, IV sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəbin rəhbərləri, müəllimlər və III, IV sinif şagirdlərinin valideynləri iştirak edirdilər.
Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq,onların övladlarına təhsildə uğurlar dilədi. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə, dərsdən yayınma, məktəbli forması və s məktəbdaxili qaydalar haqqında ətraflı məlumat verdi. Sonda məktəb-valideyn münasibətlərini tənzimləmək üçün hər bir sinif üzrə valideyn komitələrinin sədrləri müəyyən edildi.