İkinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

20.09.2019-cu il tarixində ikinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Görüşdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova, məktəbin psixoloqu Turanə İmaməliyeva , müəllimlər və valideynlər iştirak edirdilər.
Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq yeni dərs ilinin başlanması münasibətilə valideynləri təbrik elədi, onların övladlarına təhsildə uğurlar dilədi, valideynləri narahat edən məsələlər ətrafında müzakirələr apardı, məktəb və daxili nizam-intizam qaydaları haqqında valideynləri məlumatlandırdı.
Məktəbin psixoloqu Turanə İmaməliyeva çıxış edərək şagirdlərin fərd kimi doğulub, şəxsiyyət kimi formalaşmalarına, özgüvən, özünü qiymətləndirmə kimi xüsusiyyətlərin şagirdlərə aşılanmasında müəllimlər və valideynlərin birgə çalışmasının lazım olduğunu bildirdi.Məktəb-valideyn münasibətlərini tənzimləmək üçün hər bir sinif üzrə valideyn komitələrinin sədrləri müəyyən edildi.