Birinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

 18.09.2019-cu il tarixində  birinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. İclasda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova və  valideynlər iştirak edirdilər.

    Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq yeni dərs ilinin başlanması münasibətilə valideynləri təbrik elədi, onların övladlarına təhsildə uğurlar dilədi, məktəb-şagird-valideyn münasibətləri , məktəbdaxili nizam-intizam qaydaları haqqında ətraflı məlumat verdi, məktəbdə təlim-tərbiyənin təşkilində valideynlərin rolu və vəzifələri haqqında danışdı. Eyni zamanda valideynlərin  təklifləri dinlənildi. Sonda məktəb-valideyn münasibətlərini tənzimləmək üçün hər bir sinif üzrə  valideyn komitələrinin sədrləri  müəyyən edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi