“Bilik günü” qeyd olunub

    Məktəbimizdə 2019-2020-ci tədris ili üçün ilk dərs günü münasibətilə tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Məktəbimizin direktoru Yasin Quliyev müəllimləri və şagirdləri ilk dərs günü münasibətilə təbrik edərək onlara təhsildə uğurlar arzuladı. “Bilik günü”nün əsas səbəbkarları olan birinciləri təbrik edərək onlara dərslərində, yenicə qədəm qoyduqları məktəb həyatında uğurlar arzu etdi. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə  Cəfərova və Elnurə İsmayılova çıxış edərək öz ürək sözlərini bildirdilər. Sonda birincilər  şeirlərini söylədilər və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndi.

İlk dərs günü münasibəti ilə bütün şagirdlərimizə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi