Kiçik Akademiyanın ilk regional iclası keçirildi.

2019-2020-ci tədris ili ilə əlaqədar Kiçik Akademiyanın ilk regional iclası keçirildi. İclasa Kiçik Akademiyanın Sabunçu rayonu üzrə rəhbəri Sərxan Şahverdiyev rəhbərlik edirdi. İclasda yeni tədris ilində qarşıda duran məsələlər haqqında danışıldı. Sonda yeni ideyaları, layihələri olan məktəblər öz fikirlərini bildirdilər.