Sabunçu Rayon İcra Hakimiyyəti Təhsil Konfransı keçirib

Sabunçu rayon İcra Hakimiyyəti Bakı Gənclər Mərkəzində  2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil Konfransı keçirildi. Konfransda məktəbimizin yüksək balla Ali Təhsil Müəsissələrinə qəbul olmuş şagirdlərimiz, məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə  Cəfərova və hər şagirdin bir valideyni iştirak etmişdilər. 

Hüseynli Elvira Dəyanət qızı 660,4 balla Azərbaycan Tibb Universitetinə, Həsənli Mənsurə Anar qızı 643 balla Azərbaycan Dillər Universitetinə, Abışsoy Fidan Nail qızı 638 balla Bakı Dövlət Universitetinə, İbrahimov Samir Gülağa oğlu 628 balla Azərbaycan Dillər Universitetinə  daxil olmuşdular.

Yüksək balla Ali Təhsil Müəsissələrinə daxil olmuş şagirdlərimiz təntənə ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi