Məktəbimizdə valideynlər ilə məktəb rəhbərliyinin görüşü keçirilib

Məktəbimizdə valideynlər ilə məktəb rəhbərliyinin görüşü keçirildi. Məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova yeni dərs ilinin başlanması münasibətilə müəllim və valideyinləri təbrik edib, uğurlar arzuladılar.
Məktəb rəhbərliyi dərs ili müddətində şagirdlərin nizam intizamlı, vahid məktəbli geyimli və dərslərə qarşı daha məsuliyyətli olmalarını vurğuladılar eyni zamanda valideynlərin təklifləri dinlənildi.