Son zəng

  Respublikamızın bütün məktıblərində olduğu kimi bu gün bizim məktəbimizdə də XI sinif şagirdlərinin "Son zəng"tədbiri keçirildi.Tədbirdə ilk öncə  Azərbaycan Respublikasının Himni səsləndirildi.
   Tədbiri məktəbin direktoru Elçin Hüseynov açaraq şagirdləri ,müəllimləri və valideynləri bu əlamətdar gün münasibətilə təbrik etdi.Universitetlərə imtahan verərək yüksək nəticə əldə edən şagirdlər də təbrik edilərək Təltifnamə ilə mükafatlandırıldılar.Məzunlar çıxış edərək qazandıqları müvəffəqiyyətlərə  görə  müəllimlərinə minnətdar olduqlarını bildirdilər.Tədbirin hazırlanmasında böyük əməyi olan, məktəbimizin Təlim-Tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova da çıxış edərək məzun adı qazanan şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı.Zərifə Cəfərova tədris illərində özünü nümunəvi aparan şagirdləri Fəfri Fərmanla təltif etdi.
     Sabunçu Rayonu İcra hakimiyyətinin nümayəndəsi də öz çıxışında belə bir tədbirin hazırlamasında əməyi olan şagird və müəllimlərə öz minnətdarlığını bildirdi və məzunlara müvəffəqiyyətlər arzuladı.
    Sinif rəbbərləri və fənn müəllimlərindən Fəridə Əliyeva,Arzu Cəfərova,Aslanşah Mehdiyev,Taqət Kərimov,Esmira Nuriyeva,Rəna Salahova və Əsmayə İsmayılova da öz çıxışlarında şagirdləri təbrik edərək onları daima məktəbin adını yüksəklərə qaldırmağa səslədilər.
    Tədbirdə şagirdlər xeyli rəqs etdilər şənləndilər.
   Sonda çalınan sonuncu zəng onları müstəqil həyata qədəm qoymağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi