Novruz şənliyi

Milli bayramlarımızdan biri olan Novruz bayramı bizim məktəmizdə də təntənəli şəkildə qeyd olunmuşdur.Tədbirin əsas təşkilatçıları Tərbiyə işləri üzrə direktor müavini A.Şəmsiyyə və Dil-ədəbiyyat müəllimi T. Afət olmuşdur.Tədbirdə məktəblilər və müəllim kollektivi iştirak edirdi.Tədbirdə iştirak edən şagirdlər Novruz adət-ənənəsindən söhbət açaraq şerlər söylədi,səhnəciklər nümayiş etdirdi,Bahar bayramına həsr olunmuş musiqilər səsləndirdi,mahnılar ifa etdilər.Onların milli geyimlərdə rəqsləri alqışlarla qarşılandı.Şagirdlərin əl işlərindən ibarət sərgiləri də nümayiş olundu. Tədbirdə çıxış edən məktəbin direktoru Q.Mahirə,Təşkilati işlər üzrə direktor müavini A.Şəmsiyyə,Dil-ədəbiyyat müəlliməsi T.Afət,Y.Zülfiyyə Novruz bayramı münasibətilə müəllim və şagirdləri təbrik etdi,onlara işlərində müvəffəqiyyətlər arzuladılar.Kimya-biologiya müəllimi Zülfiyyə müəllimə məktəblilərin Respublika turunda İ və İİ yer tutan şagirdləri -VIII b sinif şagirdləri Fidan və Ayxanı təbrik edərək onlara gələcəkdə də uğurlar arzuladılar.Hər iki şagird məktəbimizin direktoru tərəfindən Diplomla təltif olundu.Narkomaniyaya qarşı mübarizə mövzusunda keçirilmiş inşa müsabiqəsində qalib gəlmiş IX sinif şagirdi Aygül də Diplomla təltif edildi.