Valideynlərin rəy və təklifləri.

  Bu gün BŞTİ-nin "Valideynin məktəbdə bir günü layihəsi"nin ikinci mərhələsi oldu.Birinci mərhələdə müəllimlər "Açıq dərs"lər və təşkilat saatları vermişdi.
   İkinci mərhələdə isə valideynlərin rəy və təklifləri,istəkləri və şikayətləri dinlənildi.Valideynlərin çıxışlarına məktəbin direktoru Elçin Hüseynov,Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova,müəllimlərdən Mahirə Əliyeva,Solmaz Quliyeva,Məleykə Əliyeva,Şövkət Quliyeva öz münasibətlərini bildirdilər.Maraqlı fikir mübadiləsi yarandı.
   Rəsmi hissə bitdikdən sonra şagirdlər maraqlı səhnəciklər,şerlər,musiqi nömrələri ilə çıxış etdilər.VII a sinif şagirdləri hazırladıqları  "Azərbaycan Qoruqları" mövzusunda hazırladıqları təqdimat dərsini təqdim etdilər.Sonda bir sıra slayd və video-çarx  nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi