“Yol hərəkəti qaydaları” mövzusunda açıq dərs keçirildi

E.Misirxanov adına 71 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül Güloğlan qızı 4-ə sinifdə “Həyat bilgisi” fənnindən “Yol hərəkəti qaydaları” mövzusunda açıq dərs keçirmişdir. Dərsdən öncə sinif rəhbərinin təşkilatçılığı ilə sinif rəhbəri şagirdlərlə şəhərə gəzintiyə çıxdı, məqsəd şagirdlərin əyani olaraq yol qaydalarından istifadə və yol nişanlarının tanımalarının insan həyatı üçün əhəmiyyətini bilmələridir. Mövzuya uyğun olaraq əvvəlki qrupların adları dəyişdirildi.Od-işıqfor-Şirinov Elvin, su-piyada-Tanrıverdiyev Şöhrət, hava-sürücü-Abdullayev Məhərrəm, torpaq-nizamlayıcı-Məmmədov Mahir. Şagirdlər böyük həvəslə qrup tapşırıqlarını yerinə yetirdilər, dərs zamanı dərslər arası inteqrasiya yüksək səviyyədə təşkil olunmuşdur. Şagirdlər musiqi dərsində mövzuya uyğun keçdikləri nəğməni oxudular, yol haqqında atalar sözləri dedilər, verilən yol nişanlarını rəngləyib iş vərəqlərindəki xanalara yapışqan vasitəsilə yapışdırdılar. Sonda qrupların qiymətləndirilməsi ilə yanaşı şagirdlər özünü qiymətləndirmə cədvəli vasitəsi ilə özlərinin də dərsi nece mənimsədiklərini nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi