Azərbaycan Xalq Cumhuriyyəti-101


   Bu gün məktəbimizdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə təntənəli tədbir keçirilmişdir.Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Hüseynov  öz çıxışında Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi çətin və şərəfli yoldan bəhs etmişdir.Daha sonra o,tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.Məktəbin Təlim-Tərbiyə İşləri üzrə direktor müavini Zərifə Cəfərova  da  öz çıxışında qeyd etmişdir ki,!991 -ci ildə qazandığımız müstəqillik Azərbaycan Xalq Cumhiriyyətinin varisidir.
   Tədbir Coğrafiya müəllimi Susanna Əbdüləzimovanın rəhbərliyi ilə hazırlanmışdır.Şagirdlər musiqili kompozisiya ilə çıxış etmişlər.Onlar şer söyləmiş,musiqi nömrələri və səhnəciklər  təqdim etmiş,əl işlərindən ibarət sərgilər nümayiş etdirmişlər.
   Tədbirdə məktəbin direktoru Elçin Hüseynov bir sıra müəllimləri -Şərqiyyə müəllim,Sahib  müəllim,Məleykə müəllim,Mahirə müəllim,Arzu müəllim,Zərifə müəllim,Afaq müəllim,Elnurə Abdullayevanı işlərində qazandığı uğurlara görə  "Təşəkkürnamə" ilə təltif etmişdir.Müəllimlər onların əməyinə verilən qiymətə görə öz minnətdarlıqlarını bildirdilər.
      Sonda Azərbaycan Xalq Cumhiriyyətindən bəhs edən slayd və video-çarx nümayiş etdirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi