Məktəblilər Azərbaycan Milli Tarix muzeyində.

Hər bir dövlətin öz zəngin tarixi keçmişi var.Keçmişi öyrənmədən gələcəyi qurmaq olmaz.Orta məktəblərdə tariximizin təbliğində əsas vəzifə biz tarix müəllimlərinin üzərinə düşür.Tarixi təkcə kitablarla mənimsətmək kifayət deyil.Məktəbliləri vaxtaşırı tarixi abidələrlə tanış etmək üçün ekskursiyalara aparmaq vacibdir.Tariximizi özündə əks etdirən muzeylərimiz bu baxımdan daha da önəmlidir.Məhz bu səbəbdən dəfələrlə məktəbimizin direktoru Mahirə Qocayeva və təlim-tərbiyə işlər üzrə direktor müavini Şəmsiyyə Azərinin təşkilatçılığı ilə məktəbimizin şagirdləri bir çox tarixi abidələrə və myzeylərə ekskursiyaya getmişlər. Ulu öndərimiz Heydər Əliyev və prezidentimiz İlham Əliyevin qayğisı nəticəsində tarixi abidələrimiz və muzeylərimiz yüksək səviyyədə bərpa və təmir edilmişdir.Bunlardan Qobustan muzeyi,Qala açıqtipli muzey,Azərbaycan Milli Tarix muzeyi,Şirvanşahlar sarayı,Qız Qalası,Yanar dağ,Atəşgah və başqalarını misal göstərmək olar.Təəssüf ki,torpaqlarımızın bir hissəsi işğal altında olduğundan həmin ərazilərimizdə olan tarixi abidələrimiz düşmənlər tərəfindən məhv edilmişdi.Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Ağıx mağarası da bu abidələr sırasındadır.Əminik ki,möhtərəm prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində tezliklə torpaqlarımız işqaldan azad olacaq və həmin abidələrimiz yenidən bərpa olunub əvvəlki görkəminə qaytarılacaq. Martın 3-də məktəbimizin bir qrup şagirdi Azərbaycan Milli Tarix muzeyində oldular.Vaxtilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə məxsus olan bu bina 1920-ci ildən muzey kimi fəaliyyət göstərir.Üç mərtəbədən və 101 otaqdan ibarət olan bu bina öz möhtəşəmliyi ilə göz oxşayır.Muzeyin birinci mərtəbəsində tariximizin ən qədim və orta əsr dövrlərini özündə əks etdirən eksponatlarla zəngindir.1968-ci ildə Azıx mağarasından Məmmədəli Hüseynov tərəfindən tapılan “Azıx adamı”nın alt çənə sümüyü ən qiymətli eksponat kimi muzeydə nümayiş etdirilir.Məktəblilər 2 milyon il bundan əvvələ aid Daş dövrünə,E.ə VI-I minilliklərə aid Tunc və Dəmir dövrünə aid əmək alətləri ilə, qədim sikkə və zərgərlik nümunələri ilə də tanış oldular.Bu yaxınlarda Ağsu şəhərində arxeoloji qazıntı sahəsindən tapılan qədim holland sikkələri də ekponatlar içərisində yerləşdirilib. Muzeyin Iikinci mərtəbəsində Azərbaycanda xanlıqlar dövrünə,Rusiyanın Azərbaycanı işğal etməsinə,Gülüstan müqaviləsinə,Rusiya işğalının Azərbaycanda başa çatmasınına,Türkmənçay müqaviləsinə,31 Mart soyqırımına Şərqin ilk demokratik respublikası sayılan Azərbaycan Xalq Cumhuriyyətinə,ilk mətbuat orqanı olan “Əkinçi “qəzeti,ilk satirik Jurnal “Molla Nəsrəddin”ə aid sənədlər və rəsmlər nümayiş etdirilir.Xalçaçılığın ,ipəkçiliyin ,neft sənayesini inkişafını özündə əks etdirən eksponatlar da məktəblilərin böyük marağına səbəb oldu. Məktəblilər muzeydən böyük təəssüratlarla ayrıldılar. Tarix müəllimi:Solmaz Quliyeva
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi