Analar,bayramınız mübarək!

Qadın böyük qüvvədir.Hər bir qadın dağlar qədər incə olsa da çiynində bir o qədər ağır yük daşıyan bir varlıqdır.Qadın heç vaxt zəhnməti itirməyən,cəmiyyətə layiq töhfələr verən müəllimdir,şəfqətli əlləri ilə insanların sağlamlığı keşiyində duran həkumdir,müxtəlif sahələrdə,zavodlarda,fabriklərdə gecə-gündüz çalışaraq nümunəvi işləri ilə seçilən bir insandır.Ən nəhayət o bir Anadır! Yaşımızdan asılı olmayaraq hər an aradığımız soraqladığımız Anadır!Bir müəllim kimi hər zaman şagirdlərimi Ana qarşısında ,Vətən qarşısında olan borclarını dərk etməyə çalışmışam.Dünən bütün qadınlara,analara həsr etdiyim tədbir də buna bir nümunə idi deyərdim. III c sinif şagirdləri ilk olaraq Ümummilli liderimiz Heydər Əliyevin uşaqlara,gənc nəslə səsləndirdiyi xeyir- duası ilə tədbiri açıq elan etdilər.Sonra şagirdlər “8 Mart”ın yaranma tarixindən tutmuş görkəmli şair və yazıçılarımızın əsərlərindən nümunələr göstərməklə,səsləndirməklə bütün qadınları,anaları təbrik etdilər.İbrahimli Mədinə,Tağıyev Dender,Şamilova Xədicə,Yusifli Qəzənfər,Rzayev Məhəmmədəli,Hümbətova Nərmin,Nəcəfova Ayşən,Tağıyeva Fatimənin “Kitabi-Dədə Qorqud”dastanından,dahi Üzeyir Hacıbəyovun”arşın mal alan”musiqili operasından ibarət hazırladıqları kompozisiya alqışlarla qarşılandı. Sonda məktəbin direktoru Mahirə Qocayeva,təlim-tərbiyə işləri üzrə direktor müavini Şəmsiyyə Azəri,direktor müavini Elnurə İsmayılova,müəllimlərdən Şövkət Quliyeva,Mətanət Rəcəbova,Təranə Tağıyeva çıxış edərək bu tədbirin onlarda xoş əhvali-ruhiyyə yaratdığını qeyd edərək şagirdlərə gözəl çıxışlarına görə öz təşəkkürlərini bildirdilər.Fizika müəllimi Nəbiyeva Afaqın ana haqqında yazmış olduğu şer hamıya duyğulu anlar yaşatdı. III c sinif müəlliməsi; Əsmayə İsmayılova
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi