Sağlam-təhlükəsiz mühit

Məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması məqsədilə aşağıdakı plan üzrə iclas keçirilib.
1.Şagirdlərdə sağlam –psixoloji təhlükəsiz mühitin yaradılması.
2.Təlimdə çətinlikləri olan şagirdlərlə iş.
3.Sosial təhlükəli vəziyyətdə olan təhsilalanlarla iş.
4.Yetkinlik yaşında olan şagirdlərlə fərdi və qrup halında iş.
5.”Müəllim-şagird” əlaqələrinin tənzimlənməsi məqsədilə iş.
Respublikamızda təhsil sahəsində həyata keçirilən sağlam psixoloji və təhlükəsiz mühitin yaranmasında məqsəd, təlim prosesinin səmərəliliyini təmin etməklə təlimdə çətin tərbiyə olunan şagirdlərlə nəzərdə tutulmuş işləri görmək, milli və ümumbəşəri dəyərlərə yiyələnən ,yaradıcı və tənqidi düşünməyi bacaran fəal şəxsiyyət yetişdirməkdir.
Təlimdə keyfiyyətin əldə olunması üçün psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir.Müəllim bütün hallarda ,xüsusən “müəllim-şagird”münasibətlərinin qurulmasında pedoğoji aktı-nəzakəti gözləməli ,şagirdlərin qeydinə qalmalı,problemləri ilə maraqlanmalıdır.
İclasda iştirak edənlər:
1.Direktor səlahiyyətlərini müvəqqəti icra edən Elçin Hüseynov
2.Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova
3.Məktəb psixoloqu Turanə İmaməliyeva