Xocalı faciəsi şagirdlərin gözü ilə

. Bu gün şagirdlərimlə birgə Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə tədbir keçirdik.Tədbiri giriş sözü ilə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Azəri Şəmsiyyə açaraq Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər hazırladıqları kompozisiyanı təqdim etdilər.Sonda məktəbin direktoru Mahirə Qocayeva çıxış edərək bildirdi ki,bu faciə heç vaxt unudulmamalıdır.O,qeyd etdi ki,yaxın zamanlarda dövlətimizin yeritdiyi məqsədyönlü siyasət nəticəsində torpaqlarımız erməni əsarətindən xilas olacaq,bütün köçkünlər öz yurd –yuvalarına dönəcəklər.