Novruz şənliyi

Məktəbin rəhbər heyəti başda olmaqla bir qrup müəllimlər və VI d sinif şagirdləri sinif rəhbəri Məryəm Qurbanovanın təşəbbüsü ilə Sabunçu rayonu II Zabtat qəsəbəsində yerləşən sığınacaqda olmuşlar.Onlar Nozruz bayramını sığınacaqda yaşayan uşaqlarla birgə keçirmək məqsədilə sığınacağa getmiş,ordakı uşaqlarla birgə mahnı öxumuş,rəqs etmiş,şer söyləmiş,şənlənmişlər.Uşaqlara bayram xonçaları da təqdim olunmuşdur. Bu bayram şənliyi uşaqların böyük sevincinə səbəb olmuşdur.