Şəhidlər unudulmur.....

Vətən mənə oğul desə.....Misirxanov Elxan Sərxan oğlu 7.06.1973-cü ildəBakı şəhəri Sabunçu rayonunda dünyaya göz açıb.71 №li orta məktəbdə təhsilini başa vurduqdan sonra 2 № li Dəmir Yolu Texniki peşə məktəbində oxumuşdur.Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdı.SSRİ –nin dağıldıqdan sonra Kiyevdə hərbi xidmətini yarımçıq qoyaraq vətənə dönmüş və birbaşa hərbi komissarlığa gedərək könüllü cəbhəyə yola düşmüşdü.Erməni təcavüzkarlarına qarşı döyüşlərdə igidlik göstərərək iki dəfə ağır yaralanmışdı.Daxili Qoşunlar Xəstəxanasında və Ağdam Hərbi Qospitalında müalicə alıb sağalan kimi yenə də ön cəbhəyə yollanmışdı. !993-cü ilin mart ayında Ermənistan ordusu ilə döyüşdə qəhrəmancasına həlak olmuşdu.Onun cəmi 20 yaşı vardı.Vətən yolunda canını qurban verən Elxan Misirxanov Bakıxanov qəsəbəsində “Şəhidlər Xiyabanında”torpağa tapşırılıb. Xatirəsini əbədiləşdirmək üçün oxuduğu məktəbə onun adı verilmişdir.Məktəbin girişində büstü ucaldılıb. Bu gün Elxan Misirxanovun valideynləri,yaxınları və məktəb kollektivi anım günü münasibətilə onun xatirəsini yad etmişlər.Elxan Misirxanovun həyat yolu gənclərimizə örnəkdir. Allah rəhmət etsin!