Tarixin qan yaddaşı

Fevralın 26-da məktəbimizdə “Tarixin qan yaddaşı” adlı tədbir keçirildi.Tədbir Dil-ədəbiyyat müəllimi İlahə Əlilinihn rəhbərliyi ilə təşkil edilmişdir.Tədbirdə məktbimizin direktoru Mahirə Qocayeva,direktor müavinləri Elçin Hüseynov və Zərifə Cəfərova və bütün müəllim kollektivi iştirak etmişdir.Tədbir öz işinə Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.Tədbirdə Xocalı faciəsində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə şagirdlər faciəni özündə əks etdirən səhnəciklər nümayiş etdirmiş,şerlər söyləmiş,əl işlərindən ibarət sərgilər nümayiş etdirmişdilər.Təsviri incəsət müəlliməsi Mətanət Abdullayevanın şagirdlərinin rəsm əsərlərinin müsabiqəsi keçirilmişdir.Müsabiqədə II sinif şagirdi Gəmzə Quliyeva,və VI sinif şagirdi Xədicə Səfiyeva I yeri,V sinif şagirdləri Səbinə Xanvəliyeva II yer,Qara Əsədli və Fidan Novruzova III yer tutaraq Diplomla mükafatlandırılmışdılar.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.