Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi önündə tədbir.

.Xocalı fasiəsindən 24 il ötməsinə baxmayaraq onların xatirəsi hər il dünyanın bir çox ölkələrində ehtiramla anılır.Faciə qurbanlarının şərəfinə ucaldılmış abidə önünə daim tər çiçəklər düzülür.Hər il olduğu kimi bu il də məktəbimizin direktoru Mahirə Qocayeva və Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azərinin rəhbərliyi ilə Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir,divar qəzetləri hazırlanır,rəsm müsabiqələri keçirilir,sərgilər nümayiş olunur.Bir tarix müəllimi və həmin hadisələrin şahidi kimi mən də öz üzərimə düşən vəzifəni yerinə yetirmək üçün əlimdən gələni əsirgəmirəm.Dərs vaxtı faciə haqqında şagirdlərə geniş məlumat verir, hadisələri ozündə əks etdirən slaydlar nümayiş etdirirəm.Belə qərara gəldim ki,biz bu il Xocalıya həsr etdiyimiz tədbiri “Xocalı abidəsi”önündə keçirək.Məqsədim şagirdlərə bu faciəni daha dərindən mənimsətmək və ətrafdakı insanların diqqətini bu faciəyə yönəltmək idi.Sinif rəhbəri olduğum VII a sinif şagirdləri ilə birlikdə abidənin önünə gedərək ilk öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdik.Şagirdlərdən S.Nəzrin,S.Sabir,Mənsurə,N.Hüseynəli,Azadə,H.Elvin,L.Rəbiyyə,M.Roza,H,Fərid ,Q Nərmin,Q.Qənirə Xocalı faciəsinə həsr etdikləri kompozisiya ilə çıxış edərək onlara həsr olunmuş şerlər söylədilər,əl işlərindən ibarət rəsmlər nümayiş etdirdilər.