Məktəbdə “Mənim gözəl ailəm ” mövzusunda tədbir keçirildi

Ailə bir komanda, birlik deməkdir. Ailədə sevgi, səmimiyyət, qarşılıqlı hörmət çox mühüm şərtlərdəndir. Ata,ana, qardaş, bacı, hamı bir-birini sevir, bir-biri üçün fədakarlıq edir. Təbii ki, ailənin qayğısını çəkmək, hər kəsin maddi ehtiyaclarını təmin etmək ailə başçısının, valideyinlərin boynuna düşür. Ailə təmənna ummadan hər cür zəhmətə qatlaşan, əvəz gözləmədən hər cür fədakarlığa dözənlərin komandasıdır. Məktəbimizdə «AİLƏ AKADEMİYASI» layihəsi çərçivəsində «Mənim gözəl ailəm» mövzusunda tədbir keçirildi. Şagirdlər «Mənim gözəl ailəm» mövzusunu diqqətlə izləyirdilər. Bu mövzu ilə əlaqədar şagirlərlə sorğu olundu. Bu sorğuda şagirdlər fəal iştirak edirdi.Sonda bu mövzuda şagirdlərə müsabiqə elan edildi. Şagirdlərə müsabiqənin şərtləri barədə məlumatı Günel Mövsümova verdi.Müsabiqə VII, IX, X sinif şagirdləri arasında keçiriləcək. Slayd hazırlanarkən 3 dəqiqədən artıq olmamalıdır.