İdmanda uğurlarımız.

Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Nuriyeva Aydan Abdulla qızının rəhbərlik etdiyi III f sinfinin şagirdi olan Qurbanov Ümid Nail oğlu məsuliyyətli , çalışqan və vətənpərvər bir şagirddir. Bu xüsusiyyətləri ilə bərabər həm də idmançıdır. O. “Xocalı Soyqırımına ” həsr olunmuş Cudo güləşi üzrə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin Açıq birinciliyində 34 kilo çəki dərəcəsində I yer tutmuşdur. Bundan əlavə cudo üzrə “ Ruslan İdman Sağlamlıq Mərkəzinin ” təşkil etdiyi yarışlarda dəfələrlə I yer tutmuşdur. Arzu edirik ki, Qurbanov Ümüd Nail oğlu istedadı və bacarığı ilə Azərbaycan bayrağını həmişə zirvələrdə dalğalandırsın.