Azadlığa gedən yol -20 Yanvar

   Yanvarın 19 –da məktəbimizdə Təlim-Tərbiyə üzrə direktor müavini Zərifə Cəfərovanın təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin anım mərasimi  keçirilmişdir.Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik  sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mahirə Qocayeva  şəhidlərin keçdiyi həyat yolundan bəhs edərək qeyd etmişdir ki,onlar bizim azadlığımız uğrunda canlarından keçmişlər.Direktor müavinləri Elçin Hüseynov, Zərifə Cəfərova, Tarix müəllimi Mahirə Əliyeva,Dil-ədəbiyyat müəllimi Afət Tağıyeva da  öz çıxışlarında 20 Yanvar hadisələrindən ətraflı bəhs etmişlər.Tədbirdə şagirdlər şerlər söyləmiş,tamaşalar göstərmiş,əl işlərindən ibarət rəsm əsərlərini sərgiləmişlər20 Yanvar .şəhidlərinə həsr olunan sərgi Təsviri incəsənət müəllimi Mətanət Abdullayevanın rəhbərliyi ilə şagirdlər tərəfindən təşkil edilmişdi.Tədbirin sonunda ən yaxşı rəsm çəkən şagirdlər məktəbin direktoru tərəfindən Diplomla mükafatlandırılmışdır.Sonda sənədli film nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi