20 Yanvar .şəhidləri yad edildi

           Məktəbin Tarix müəllimi  Solmaz Quliyevanın rəhbərliyi ilə V A sinif şagirdləri 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirmişlər.Tədbir Dövlət himni ilə öz işinə başlamışdı.Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Solmaz müəllimə öz çıxışında 20 yanvarda rus qoşunlarının Bakıyda dinc əhalinin üzərinə ağır zirehli texnika ilə,toplarla,tanklarla hücuma keçdiklərindən,yüzlərlə insanın faciəli şəkildə həlak olmasından  və onların Şəhidlər Xiyabanında dəfn edilməsindən bəhs etdi.O qeyd etdi ki,Şəhidlərin ruhu ölməzdir.Onların ruhu daima qəlbimizdə yaşayır.O şagirdləri ilə birlikdə vaxtaşırı Şəhidlər Xiyabanına getdiyini qeyd etdi.

   Tədbirdə şagirdlər şəhidlərin həyatından bəhs edən şerlər söylədi,əl işlərindən ibarət rəsm əsərlərini nümayiş etdirdilər.Sonda həmin hadisələri özündə əks etdirən  film göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi