II Ç SİNFİNDƏ Azərbaycan dili FƏNNİNDƏN AÇIQ DƏRS KEÇİRİLDİ.

Bakı şəhəri Sabunçu rayonu E.Misirxanov adına 71 №-li tam orta məktəbin II Ç sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi. Açıq dərs ibtidai sinif müəllimi Şükürova Nisə Əbdül qızı tərəfindən hazırlanmışdır. Mövzu: Rəhimli küçük idi. Şagirdlər 4 qrupa ayrılırlar. 1. Xeyirxahlıq - qrup rəhbəri – Abdullava Nuranə,2. Rəhm - qrup rəhbəri – Qarayeva Jalə,3. Şəfqət- qrup rəhbəri – Əmirov Həsən, 4. İnsaf- qrup rəhbəri –Səfərəlizadə Nərmin. Qrup tapşırıqlarında dil qaydalarına və verilmiş mövzuya uyğun tapşırıqlar işləndi. Dərsdə uşaqlar aktiv iştirak etdilər. Xüsusən İ.Nihat, İ.Murad, İ.Firuzə, E.Nərmin, M.Rəvan, K.Məhəmməd, A.Nərmin, F.Günel və qrup rəhbərləri. Məktəbin direktoru Mahirə Qocayeva, təlim - tərbiyə işləri üzrə direktor – müavinləri Elçin Hüseynov, Elnurə İsmayılova , Zərifə Cəfərova , tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Azəri Şəmsiyyə və müəllimlər iştirak edirdi. Dərs qiymətləndirmə ilə sona çatdı.